Azərbaycanlı ifaçı Batumidə keçirilən beynəlxalq mahnı müsabiqəsində ilk üçlüyə daxil olub
Xəbər verdiyimiz kimi, Gürcüstanın Qara dəniz sahilindəki Batumi şəhərində “Böyük İpək Yolunda ulduzunu tap” adlı ilk beynəlxalq musiqi müsabiqəsi keçirilib.
Musiqi yarışmasında Azərbaycan, Rusiya, Türkiyə, Özbəkistan, Bolqarıstan, Rumıniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Gürcüstan, Yunanıstan və digər tarixi İpək Yolu coğrafiyası ölkələrindən 18-35 yaş arasında gənclər iştirak ediblər.
Festivalda iştirakçılar üç mərhələdə mübarizə aparıblar. Onlar əvvəlcə dünya hit mahnılarını, sonra öz ölkələrinin, sonda isə Gürcüstan mahnılarını ifa ediblər.
Azərbaycan təmsilçisi Emiliya Yaqubova “Böyük İpək Yolunda ulduzunu tap” beynəlxalq mahnı müsabiqəsinin qalibi olub.
Üç turun nəticələrinə görə, Gürcüstandan Salome Mirianaşvili, Qazaxıstandan Miras Juqunusov və Azərbaycandan Emiliya Yaqubova hərəyə 285 bal toplayıb. Qalib püşkatma yolu ilə seçilib.