Xəbər verdiyimiz kimi, Azərbaycanın caz ustadları İsfar Sarabskinin triosu və Şəhriyar İmanov Braziliyada konsertlər veriblər. Turnenin son konserti Rio-de-Janeyro şəhərindəki “Blue Note” zalında gerçəkləşib.
Ölkəmizin Braziliyadakı səfirliyindən bildiriblər ki, konsert yerli auditoriya tərəfindən çox böyük maraqla qarşılanıb.
Konsertə Rio-de-Janeyro şəhəri meriyasının nümayəndələri, burada yerləşən Azərbaycan bələdiyyə məktəbinin müəllim və şagirdləri, həmçinin yerli caz həvəskarları qatılıblar.
Turne Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə avqustun 21-31-də həyata keçirilib. Konsertlər yerli SESC TV kanalı tərəfindən lentə alınaraq ölkənin müxtəlif televiziya və radiolarında yayımlanacaq.