Soçidə gənc ifaçıların ənənəvi beynəlxalq müsabiqəsi başlayıb
Sentyabrın 4-də Soçidə gənc ifaçıların XVII “Novaya volna” (“Yeni dalğa”) beynəlxalq müsabiqəsinə start verilib.
Müsabiqədə Azərbaycan, Bolqarıstan, Yunanıstan, İtaliya, Qazaxıstan, Kanada – ümumilikdə 10 ölkədən 15 finalçı çıxış edəcək. Azərbaycanı müsabiqədə Emil Qədirov təmsil edir. Rusiya müsabiqədə üç ifaçı – Ana Zorina, Darya Antonyuk və Dan Rozin, habelə üç musiqi kollektivi ilə təmsil olunur.
Sentyabrın 9-dək davam edəcək müsabiqənin münsiflər heyətinin sədri bəstəkar və prodüser İqor Krutoydur.
“Novala volna” estrada ulduzlarının ənənəvi qala-konserti ilə başlayıb. Tamaşaçıları Filip Kirkorov, Sergey Lazarev, Dima Bilan, Diana Arbenina, Nikolay Baskov və başqalarının çıxışları gözləyir.