İtaliya paytaxtının tarixi arxitektura komplekslərindən olan Roma Forumunun qədim divarlarının bir hissəsi turistlərin gözləri önündə uçub.
Divarların Monte-Tarpeo küçəsi yaxınlığındakı hissəsi uçub. Turistlər xəsarət almayıblar. Rayon bələdiyyə polisi ilə əhatə edilib, yanğınsöndürmə xidməti yoxlama aparır.
Roma Forumu (Forum Romanum) – şəhərin əsas görməli yerlərindən biridir. Vaxtilə bura mərkəzi bazar olub. Sonra romalıların ictimai həyatının cəm olduğu məkana çevrilib.