Sentyabrın 11-də “Art Tower” rəsm qalereyasında “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə “Start” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların sərgisi açılacaq.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə reallaşacaq layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır.
Müxtəlif mövzularda əsərlərin nümayiş etdiriləcəyi sərgi bir həftə ziyarətçilər üçün açıq olacaq.