Parisdə iyulun 26-da açılışı olan XXXIII Yay Olimpiya Oyunları davam edir. Xəbər verildiyi kimi, Azərbaycan cüdoçusu Hidayət Heydərov iyulun 29-da Olimpiya çempionu olub. 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda fransalı rəqibindən üstün olub və millimizin aktivinə ilk medalı yazdırıb.
Azərbaycanın daha bir cüdoçusu Zelim Kotsoyev (100 kiloqram çəki dərəcəsi) avqustun 1-də finalda gürcüstanlı rəqibinə qalib gələrək ölkəmizə ikinci qızıl medalı qazandırıb.
Növbəti günlərdə digər növlərdə, o cümlədən medal gözlədiyimiz güləşdə idmançılarımız mübarizəyə qoşulacaqlar.
“Paris – 2024” XXXIII Yay Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.