Sentyabrın 4-dən 6-dək Vilnüsdə, Litva Musiqi və Teatr Akademiyasında musiqi performansı və incəsənət sahəsində tədqiqatlara dair üçüncü festival-konfrans keçirilib.

Tədbir çərçivəsində sentyabrın 6-da azərbaycanlı skripkaçı Nəzrin Rəşidovanın mühazirə-konserti olub. O, fransız skripkaçı, bəstəkar və pedaqoq Emil Sorenin etüdlərinin bərpa edilib diskə yazılmasından bəhs edib.