Qax Dövlət Kukla Teatrı sentyabrın 20-də yeni teatr mövsümünün açılışında uşaqlara Kəmalə Ağazadənin “Göyçək Fatma” əsəri əsasında səhnələşdirilən tamaşanı təqdim edəcək. Rejissor Yusif Abdurahmanovun quruluş verdiyi tamaşanın rəssamı Mayis Abdullayevdir.
Teatrın direktoru Nazim Mahmudov bildirib ki, hazırda Osman Abdullayevin “Diş əhvalatı” əsəri əsasında tamaşa üzərində məşqlər davam edir. Tamaşa sentyabrın sonunda uşaqlara təqdim olunacaq. Oktyabrın əvvəllərində isə yaradıcı kollektiv Əzizə Əhmədovanın “Tikanlı yalanlar” əsəri üzərində məşqlərə başlayacaq.