Təhsil Nazirliyi orta məktəblərdə “Ortaq türk tarixi” fənninin tədrisi ilə bağlı məsələlərə aydınlıq gətirib (“Trend”).

Nazirlikdən bildirilib ki, Beynəlxalq Türk Akademiyası türkdilli ölkələrdən, o cümlədən Azərbaycandan mütəxəssislər cəlb etməklə “Ortaq türk tarixi (XV əsrə qədər olan dövr)” adlı vəsait hazırlayıb. Həmin vəsaitin türkdilli ölkələrdə tətbiq edilməsi üçün onun məzmunu əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) tərəfindən təsdiqlənməlidir. Məzmun təsdiq edildiyi təqdirdə həmin vəsaitin ölkəmizin dövlət ümumtəhsil məktəblərində fakültativ məşğələ dərslərinin hesabına tədrisi nəzərdə tutula bilər.

Nazirlikdən əlavə edilib ki, vəsaitin məzmunu təsdiqlənəcəyi təqdirdə şagirdlər bu dərsliklə də dövlət hesabına təmin olunacaqlar.

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyasının daimi katibi Asxat Keşikbayev bu ildən etibarən Azərbaycan, Türkiyə və Qazaxıstanın orta məktəblərində “Ortaq türk tarixi” fənninin seçmə dərs kimi tədris ediləcəyini açıqlamışdı.

GÜLCAHAN