Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni teatr mövsümünü sentyabrın 19-da dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə açacaq.
Teatrdan bildirilib ki, sentyabrın sonrakı günləri teatrın səhnəsində maraqlı səhnə əsərləri tamaşaçıların ixtiyarına veriləcək.
Ayın 22-də Astor Pyatsollanın “Məhəbbət tanqosu” baleti, sentyabrın 23-də M.Maqomayevin “Şah İsmayıl” operası təqdim olunacaq.
Bundan başqa, sentyabrın 26-da Qara Qarayevin “Leyli və Məcnun”, “Don Kixot” baletləri, sentyabrın 30-da isə Cakomo Puççininin “İl Tabarro” operası göstəriləcək.
Qeyd edək ki, sənət ocağı hər il mövsümü ənənəvi olaraq “Leyli və Məcnun” operası ilə açır.