Azərbaycanlı rejissor festivalınmünsiflər heyətində yer alıb
Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtında XIV Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalı keçirilir.
Sentyabrın 10-dək davam edəcək festivala rekord sayda – 56 ölkədən 967 müraciət olub. Müvafiq seçimdən sonra müsabiqə proqramına 65 film daxil edilib. “Tammetrajlı bədii filmlər”, “Qısametrajlı bədii filmlər”, “Tammetrajlı sənədli filmlər”, “Qısametrajlı sənədli filmlər”, “Gənc Rusiya” nominasiyaları üzrə 10 film, “Milli müsabiqə” nominasiyasında isə 15 film iştirak edir.
Festivalın münsiflər heyətinin rəhbəri türkmənistanlı aktrisa, SSRİ Xalq artisti Maya Aymedovadır. Münsiflər heyətinin tərkibinə azərbaycanlı rejissor, Xalq artisti Oqtay Mirqasımov da daxildir.
Xatırladaq ki, Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalı Tatarıstan paytaxtında 2005-ci ildən keçirilir. Festivalın devizi “Mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə”dir.
G.MİRMƏMMƏD