Azərbaycanlı müğənni Emil Qədirov Rusiyanın Soçi şəhərində keçirilən “Novaya volna” (“Yeni dalğa”) 17-ci Beynəlxalq gənc populyar musiqi ifaçıları müsabiqəsinin xüsusi mükafatına layiq görülüb.
Sentyabrın 4-dən 9-dək davam edən müsabiqədə rusiyalı müğənni Dan Rozin qalib gəlib. Emil Qədirov “Rusiya Dəmir Yolları” şirkətinin xüsusi mükafatı ilə təltif olunub.
Xatırladaq ki, “Novaya volna” müsabiqəsi 2014-cü ildən keçirilir. Bu il müsabiqəyə 10 ölkənin nümayəndəsi qatılıb.