Sentyabrın 15-də Ufanın İvan Yakutov adına parkında Asiya xalqlarının milli mədəniyyət festivalı keçiriləcək.

Başqırdıstan Respublikası Mədəniyyət Nazirliyi və digər qurumların təşkilatçılığı ilə ikinci dəfə baş tutacaq festivalda bu dəfə həm yerli, həm də xaricdən gələn ifaçılar çıxış edəcəklər.

“Asiya melodiya və ritmləri” adlı bu sənət bayramına respublikadakı tacik, qazax, qırğız, özbək,  türkmən və digər diaspor təşkilatları fəal hazırlaşırlar. Milli-mədəni ictimai təşkilatlar, mədəniyyət və incəsənət xadimləri, tələbə gənclərin özfəaliyyət kollektivləri milli mədəniyyəti təbliğ edən rəngarəng festival proqramı hazırlayıblar.

GÜLCAHAN