Kazanda keçirilən Beynəlxalq Müsəlman Kinosu Festivalının direktorluğu  sentyabrın 10-da İtaliyanın “Kino, din və cəmiyyət. Din - bu gün” Beynəlxalq festivalı ilə əməkdaşlıq haqqında saziş imzalayıb.

Festivalın art-direktoru Andrea Morgen jurnalistlərə açıqlamasında deyib ki, layihə 1997-ci ildə müxtəlif konfessiyalar haqqında dini filmlərin göstərildiyi forum olaraq fəaliyyətə başlayıb: “Biz təkcə kino nümayiş etdirmirik, həm də rejissorlar, aktyorlar ilə birlikdə dəyirmi masalar, ustad dərsləri keçirir, sanballı kino istehsalı işini qurur, müxtəlif dinlərin təmsilçilərinin dialoquna imkan yaradırıq. Mən çox şadam ki, biz Kazan festivalı ilə cəmiyyətin daha xeyirxah, tolerant və açıq olması naminə birlikdə çalışa bilərik”.

Kazan festivalının icraçı direktoru Milyauşa Aytuqanova isə bildirib ki, iki festival mövzu, proqram tərtibatı  baxımından bir-birinə yaxın olduğundan bu əməkdaşlıq dünya bazarında əxlaqlı kinonun yerinin möhkəmlənməsinə kömək edəcək.

Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalı bu il Şarm-əl-Şeyx, Cenevrə, İstanbul və Astana beynəlxalq festivalları ilə tərəfdaşlıq barədə müqavilə imzalayıb.

GÜLCAHAN