Azərbaycan Dövlət Musiqili Teatrında 109-cu mövsümün açılış gününün tarixi sentyabrın 20-dən 22-nə keçirilib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, mövsüm dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası ilə açılacaq.
Bundan başqa, sənət ocağında Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Arşın mal alan”, “O olmasın, bu olsun” və böyük Hacıbəylilər nəslinin həyatından bəhs edən “Nuri-didə Ceyhun” tamaşaları göstəriləcək.