Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbinin məzun və şagirdlərinin iştirakı ilə sentyabrın 12-də dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyində konsert keçirilib.
18 sentyabr – Milli musiqi gününə həsr edilmiş konserti məktəbin fortepiano şöbəsinin müəllimi Dürdanə Axundova hazırlayıb. Konsertdə Elen İmamyarlı, Sübhan Rüstəmli, Emil İsmayılov, Gülnaz Eldarlı, Səbinə Eldarlı, Rəhimə Əhmədova, Süsən Kərimli və Səmra Həsənli Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Niyazinin, Vasif Adıgözəlovun və Sərdar Fərəcovun “Prelüd və vals” əsərlərini ifa ediblər.