Sentyabrın 15-də Bakının azad olunmasının 100 illiyi ilə bağlı keçirilən təntənəli paraddan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qız qalasının qarşısına gələrək paradda iştirak edən əsgərlərlə görüşüblər, onlarla xatirə şəkilləri çəkdiriblər.
Burada əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını tutmuş Bakı sakinləri və şəhərimizin qonaqları Prezident İlham Əliyevi və Prezident Rəcəb Tayyib Ərdoğanı böyük coşqu ilə qarşılayıblar. Onlar Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı şüarlar səsləndiriblər.
Dövlət başçıları paytaxt sakinləri ilə xatirə şəkilləri çəkdiriblər.
Daha sonra Azərbaycan və Türkiyə prezidentləri Bakı bulvarını gəziblər.