Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu il 10-cu dəfə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı maraqlı konsert proqramları və musiqi layihələri ilə davam edir.

Festival çərçivəsində sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində “Zirvəyə doğru” adlı kamera musiqisi konserti keçirildi.

Gecədə gənc solistlər Zülfiyyə Sadıqova (piano) və Azər Dəmirovun (violin) ifaları təqdim olundu.

Konsert proqramında İ.Bramsın sonataları, F.Listin 2 saylı konsert etüdü, Murad Kajlayevin fortepiano üçün prelüdləri, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Adagio” və Fikrət Əmirovun “Muğam poema” əsərləri səsləndirildi.

Gənc ifaçıların hər bir çıxışı alqışlarla qarşılandı.

LALƏ