Gələn həftə Kazan Gənc Tamaşaçılar Teatrı Barnaula səfər edəcək. Kollektiv bu şəhərdə sentyabrın 25-dən 30-dək keçiriləcək Valeri Zolotuxin adına III Rusiya  Gənclər Teatrlar Festivalına qatılacaq.

Tatarıstan Respublikası Mədəniyyət Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, Kazan teatrı Rusiya Federasiyasından 16 teatr kollektivinin qoşulduğu festivalda N.V.Qoqolun eyniadlı povesti əsasında hazırlanmış “Burun” tamaşası ilə çıxış edəcək. Tamaşa sentyabrın 27-də Altay Dövlət Musiqili Teatrının səhnəsində oynanılacaq.

Fantastik detektiv janrında təqdim edilən tamaşanın quruluşçu rejissoru Tufan İmamutdinovdur. Səhnə əsərinin premyerası 2017-ci ilin dekabrında olub.