AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Folklorşünaslıq şöbəsinin elmi işçisi Nazirə Əsgərovanın “Folklorun poetik özünəməxsusluğu: mühit, janr, ənənə” adlı kitabı çapdan çıxıb.
Nəşrdə yer alan elmi məqalələr əsasən Naxçıvan folklorunun poetik özünəməxsusluğu, janrların səciyyəvi xüsusiyyətləri və s. problemləri əhatə edir. Bu kontekstdə dastanlar, atalar sözləri və məsəllər, bayatılar, nağıllar, laylalar, xalq oyunları və digər janrların bölgənin folklor mühitində yeri, xarakteri və tarixinə nəzər salınır.
Kitabın elmi redaktorları İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov və həmin şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayevadır.