“Trio Initiatives” fransız caz qrupu oktyabrın 20-də Bakıda konsert proqramı ilə çıxış edəcək.

Konsert Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində keçiriləcək. Qrupun çıxışı “Rotunda” Caz Klubunun səhnəsində olacaq.

“Trio Initiatives” qrupuna caz ustaları Jan-Kristof Şole (fortepiano), Gildas Boklen (kontrabas) və Simon Bernyeden (baraban) daxildir. Musiqi qrupu 15 il əvvəl Fransanın musiqi səhnəsində görünüb. Kollektiv ötən əsrin 60-cı illərində Yamaykada yaranan “reqqi” üslubunu fransız şansonunun ənənələri ilə birləşdirib.