Noyabrın 10-da Moskvada Xilaskar İsa Məbədinin zalında Müslüm Maqomayevin xatirəsinə həsr edilən “Sən mənim melodiyamsan” adlı konsert proqramı təqdim olunacaq. Tədbir Aleksey İsaakovun “Bütün zamanlarda yaşayacaq adlar” layihəsi çərçivəsində reallaşacaq.
Konserti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Sərhədçilər Ansamblı müşayiət edəcək. Ansamblın rəhbəri Rusiyanın Əməkdar artisti Andrey Kapralov, dirijoru Yevgeni Oleynikovdur. Gecədə estrada artistləri, Rusiyanın “Qolos”, “Romantika romansa” televiziya layihələrinin iştirakçıları çıxış edəcəklər.