Füzuli Dövlət Dram Teatrı 30-cu mövsümünü repertuarındakı Əhməd Orucoğlunun “Nənənin kələyi” tamaşası ilə açıb.
Əli Hüseynovun quruluş verdiyi tamaşanın rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Tamaşada İntizar Quliyeva, Sevinc Məmmədova, Elşən Gözəlov, Vaqif Rəhimov, Qaçaq Qarayev, Sehran Xanlarov və başqaları çıxış edir.
Mövsümün açılışında tamaşaçı qismində Füzuli Rayon İcra Hakimiyyətinin rəsmiləri, Horadiz şəhər ümumtəhsil məktəblərinin kollektivi iştirak edib.
Sonda çıxış edənlər teatr heyətinə yeni mövsüm münasibətilə təbriklərini çatdırıb, uğurlar arzulayıblar.