Bu il oktyabrın 30-dan noyabrın 6-dək Kazanda Kərim Tinçurin adına IX Beynəlxalq Milli Dramaturgiya Teatr Festivalı keçiriləcək. Budəfəki festival eyni vaxtda iki hadisəyə - görkəmli aktyor və rejissor, dramaturq Kərim Tinçurinin anadan olmasının 131-ci ildönümünə və onun adını daşıyan Tatar Dövlət Dram və Komediya Teatrının 85 illik yubileyinə həsr olunur.
Oktyabrın 30-da ev sahibi teatr adını daşıdığı dramaturqun “Sonuncu pyes” əsərini baş rejissor Rəşid Zagidullinin quruluşunda təqdim edəcək.
Əsasən Rusiya regionlarının təmsil olunduğu festivala Özbəkistan Milli Akademik Dram Teatrı da “Səhər açılan yerdə” tamaşası ilə qatılacaq.