Böyük Britaniya parlamenti öz iclaslarından birini dünya şöhrətli qırğız yazıçısı, 90 illik yubileyi dünya mədəni ictimaiyyəti tərəfindən qeyd olunan Çingiz Aytmatova həsr edəcək.
Mərasim oktyabrın 11-də parlamentin hər iki palatası nümayəndələrinin, həmçinin London meri Sadiq Xanın iştirakı ilə baş tutacaq. İclasda xarici ölkə səfirlərinin də iştirakı gözlənilir.
Qeyd edək ki, mer Sadiq Xan digər tanınmış britaniyalı siyasətçilər ilə birlikdə bir müddət əvvəl Qırğızıstanın Böyük Britaniyadakı səfirliyinin təşkil etdiyi “Aytmatov qiraətləri”nə də qatılmışdı. Sadiq Xan tədbirdə Çingiz Aytmatovun “Cəmilə” povestindən bir parçanı oxumuşdu.