Sentyabrın 28-dən 30-dək Özbəkistanın Şəhrisəbz şəhərində ilk Avropa kino festivalı keçiriləcək. Avropa İttifaqının Özbəkistandakı nümayəndəliyinin “Özbəkkino” Milli Agentliyi ilə birgə təşkil etdiyi festivalda 7 ölkənin yeni filmləri nümayiş olunacaq.

Açılış mərasimindən sonra çex rejissoru Rudolf Havlikin “Emma üçün nağıllar” filmi göstəriləcək. Festival çərçivəsində kinosevərlər “Kompüterdən təhlükəli baba” (Latviya), “Bubul” (İsveçrə-Belçika), “Anam və digər dəli qohumlar” (Macarıstan), “Dörd element” (Finlandiya), “Qoy o, basketbolçu olsun” (Sloveniya) və “Sevgi dəlisi” (İsveçrə) filmlərinə baxa biləcəklər.