Fındıq, qoz və şabalıdın da festivalı var
Zaqatala rayonunda kənd təsərrüfatı üçün ənənəvi sahələrin daha geniş təbliğ edilməsi məqsədilə I Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilib.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan tədbirdə Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin sektor müdiri Vüqar Məmmədov da iştirak edib.
Zaqatala şəhərinin Dədə Qorqud meydanında keçirilən tədbirdə İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, rayon sakinlərini festival münasibətilə təbrik edib.
İştirakçılar fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olub, fındığın və şabalıdın qovrulması, şabalıdın saxlanma qaydası, təndirdə fındıq çubuqlarının yandırılması, at arabasının hazırlanması, müxtəlif milli xörəklərin bişirilməsi prosesini əyani izləyiblər.
Festival Zaqatala Tarix-Mədəniyyət Qoruğu ərazisindəki meydanda bədii proqramla başa çatıb.