Sankt-Peterburq “Musiqi evi”nin prezidenti, Rusiyanın Xalq artisti, mahir violonçel ifaçısı Sergey Roldugin Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyini ziyarət edib.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şeyla Heydərova muzeyin yaranma tarixindən, M.Rostropoviçin Bakı həyatının səhifələrindən söz açıb. Ekspozisiya ilə tanış olan S.Roldugin maestro ilə maraqlı xatirələrini bölüşüb, muzeyin xatirə kitabına ürək sözlərini yazıb.