“Elm və təhsil” nəşriyyatında işıq üzü görən “Aşıq şeirinin poetik biçimləri və çeşidləri” kitabının müəllifləri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və professor Mahmud Allahmanlıdır.
Azərbaycan Aşıqlar Birliyinin nəşri olan kitabda aşıq şeirinin janr və poetik biçimləri, onların çoxsaylı çeşidləri həm ədəbi-nəzəri, həm də folklor poetikasının prinsipləri əsasında açıqlanır. Aşıq şeiri sistemində rast gəlinən poetik biçimlərin (bayatı, gəraylı, qoşma, təcnis, müxəmməs, divani və s.) ilkin qaynaqları, onların tarixi mənzərəsi, janr səciyyəsi, ifa tərzi, hansı hava üzərində oxunması məqamları və s. məsələlər kitabda konkret nümunələr əsasında əksini tapıb.