Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Gənclik xoru Qazaxıstana qastrol səfəri çərçivəsində Karaqanda şəhərində konsert proqramı ilə çıxış edib.
TÜRKSOY-un katibliyindən verilən məlumata görə, qastrol təşkilatın yaranmasının 25-ci ildönümünə həsr olunub. Tədbirə TÜRKSOY-un baş katibi Düsen Kaseinov və yerli rəsmilər də qatılıb.
Konsert çərçivəsində bəzi şəxslərə TÜRKSOY-un xatirə hədiyyələri və mükafatları təqdim olunub.
Oktyabrın 19-dək davam edəcək qastrolun sonuncu konserti paytaxt Astanada keçiriləcək.