Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tanınmış rusiyalı pianoçu, P.İ.Çaykovski adına Moskva Konservatoriyasının professoru, sənətşünaslıq namizədi, Rusiyanın Xalq artisti Aleksandr Bonduranski tələbələrə ustad dərsləri keçib.
Tədbirdə BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, prorektorlar – professor Yeganə Axundova və Nərminə Quliyeva iştirak ediblər. Rektor tələbələrə qonağı təqdim edərək bildirib ki, Aleksandr Zeylikoviç Bonduranski “Moskva Trio”sunun üzvü, bir sıra beynəlxalq müsabiqələrin laureatıdır, 1962-ci ildən aktiv konsert fəaliyyəti ilə məşğuldur.
Ustad dərslərində Kamera ansamblı kafedrasının və Fortepiano fakültəsi tələbələrinin ifasında bir sıra əsərlər səsləndirilib. Professor dəyərli məsləhətlərini tələbələrlə bölüşüb. Onlara ifaçılıq texnikasının sirlərini izah edib.