İstanbulda keçiriləcək VI Bosfor (Boğaziçi) kinofestivalının proqramı açıqlanıb. Oktyabrın 29-da başlayacaq festivalın proqramına 41 ölkədən 88 film daxil edilib. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən festivalın ümumi mükafat fondu 400 min türk lirəsi (təxminən 67-68 min dollar) təşkil edir.

Ən yaxşı film 100 min türk lirəsi məbləğində pul mükafatı ilə dəyərləndiriləcək. Ən yaxşı qısametrajlı və sənədli filmlərin yaradıcıları isə 50 min türk lirəsi məbləğində mükafat alacaqlar.

Münsiflər heyətinin sədri rejissor Sərdar Akardır. Festival filmləri İstanbuldakı “Atlas”, “Bəyoğlu” və “Kadıköy” kinoteatrlarında nümayiş etdiriləcək. Festival noyabrın 3-də işini başa çatdıracaq.

G.MİRMƏMMƏD