Oktyabrın 24-dən 28-dək Özbəkistanda Qırğızıstan mədəniyyəti günləri keçiriləcək. Mədəniyyət günlərinin proqramına Ə.Nəvai adına Dövlət Akademik Böyük Teatrında təntənəli konsert, Daşkənddə Qırğızıstan kino günlərinin açılışı, Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunmuş sərginin təqdimatı kimi tədbirlər daxildir. Tədbirlərin bir qismi qədim Səmərqənddə keçiriləcək.

Xatırladaq ki, Orta Asiya ölkələri müstəqillik qazandıqdan sonra ilk dəfə 1995-ci ildə Özbəkistanda Qırğızıstan mədəniyyəti günləri keçirilib. Aradan 23 il ötəndən sonra mədəniyyət günləri ənənəsi bərpa olunur.

Gülcahan MİRMƏMMƏD