Daşkənddəki “DİP Animation” studiyası yerli telekanalın sifarişi ilə baş qəhrəmanı Doppi adlı pomidor olan cizgi serialının istehsalına başlayıb. “Pomidor Doppi”nin sosial şəbəkələrdə yayılan tanıtım çarxı milyonlarla izləyici topladığından cizgi filminin də populyarlaşacağını gözləməyə dəyər.  

Şən və dəcəl Doppi bir-birinin ardınca məzəli situasiyalara düşür. Cizgi serialı müəlliflərinin dediyinə görə, tamaşaçılar Doppinin dinozavrla necə savaşdığına, kosmosa uçduğuna və Səmərqənddə xəzinə tapdığına şahid olacaqlar. Bu mövsümdə “Pomidor Doppi”nin macəraları 10 bölümə sığışdırılacaq.

GÜLCAHAN