Noyabrın 4-də İçərişəhərdəki “Art Tover” rəsm qalereyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilmiş plener keçiriləcək.
Mədəniyyət Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Art Council Azerbaijan”ın birgə təşkilatçılığı ilə reallaşacaq tədbirdə rəssamlar açıq havada dahi bəstəkarın portretlərini və yaradıcılıq fəaliyyətini əks etdirən tablolar çəkəcəklər. Plenerdə gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edə bilər.
Ənənəvi layihə istedadlı gənclərin və yaradıcı ziyalıların dəstəklənməsi məqsədi daşıyır.