Yanvarın 13-də Heydər Əliyev Sarayında tanınmış estrada müğənnisi, Əməkdar artist Teymur Əmrahın solo konserti keçiriləcək. Müğənni uzun fasilədən sonra yenidən Heydər Əliyev Sarayında pərəstişkarları qarşısında çıxış edəcək.
“Bu dünya nərdivandır” adlı konsert proqramında Teymur Əmrah repertuarından sevilən, populyarlıq qazanan mahnıları səsləndirəcək. Proqramda görkəmli bəstəkarlar Rauf Hacıyev, Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımi, Elza İbrahimovanın unudulmaz əsərləri, retro mahnılar yer alacaq.