Noyabrın 6-da Bakı Xətai Sənət Mərkəzinin elan etdiyi “Mənim yay tətilim-2018” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.
Mərkəzin direktoru Zahid Əvəzov bildirib ki, müsabiqəyə 700-dək uşaq çəkdiyi rəsmləri təqdim edib. Müsabiqənin ikinci turuna 12 yaşa qədər 150 uşaq və 12-17 yaşarası 140 uşaq əl işləri ilə qatılacaq.
Müsabiqə Mədəniyyət, Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.