İtaliyalı müğənni Andrea Boçelli ABŞ-da dünyaca məşhur musiqiçilər arasında musiqi və mini albomların həftəlik satışına görə birinci yerdə qərarlaşıb.

“Billboard 200” saytının məlumatına görə, bir həftə içində italiyalı müğənninin “Si” albomunun 12300 nüsxəsi satılmaqla amerikalı müğənni və bəstəkar Ledi Qaqanın “A Star is born” albomu da daxil olmaqla, ən çox satılan musiqi albomlarını geridə qoyub. Bundan öncə italyan ifaçı albom satışlarına əsasən Böyük Britaniyada birinci yeri qazanmışdı.