Musiqisevərlər qış mövsümündə qeyri-adi konsertin şahidi olacaqlar. Amerikalı heykəltəraş Tim Linart buz materialından istifadə etməklə İtaliyanın Trentino şəhərindəki 2600 metr hündürlükdə yerləşən Prezena buzlağında 200 tamaşaçı yeri olan konsert zalı inşa edəcək.

2018-ci il dekabrın 29-dan 2019-cu il martın 31-dək bu tikilidə silsilə konsertlər təşkil olunacaq. Lakin tədbirin unikallığı yalnız onun keçirildiyi yerdən ibarət deyil. Musiqiçilər əsərləri buzdan hazırlanmış alətlərdə ifa edəcək. Qeyri-adi ansamblın üzvləri öz partiyalarını buzdan hazırlanan gitara, ksilofon, nəfəsli və simli alətlərdə səsləndirəcəklər.

Tim Linart bu musiqi alətlərinin səsinin gözəl olacağına əmindir. Konsertin tamaşaçılara qeyri-komfortluq hiss etdirəcək, yeganə cəhəti isə soyuq zal olacaq.