Xarici işlər naziri Elmar Məmmədyarov Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan Respublikası ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Fondun prezidenti G.Əfəndiyeva həyata keçirilən layihələr və Türk dünyasının ümumi mədəni dəyərlərinin təbliğinə yönəldilmiş tədbirlər barədə məlumat verib.
Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında yerləşmə ölkəsi haqqında Saziş” imzalanıb.