Sumqayıt Dövlət Dram Teatrının kollektivi məktəblilərin qısa tətil günlərində onlar üçün hazırlanmış yeni tamaşalar göstərib. Teatrın noyabr repertuarında rus xalq nağılı əsasında “Kim güclü, kim ağıllı?”, Qrimm qardaşlarının nağılı əsasında “İtkin qız” tamaşaları yer alıb.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidovun təşəbbüsü ilə əlaçı, intellektli şagirdlərdən ibarət “bədii şura” yaradılıb. Bu da uşaq və yeniyetmələrin arzu və istəklərinin nəzərə alınmasında, onları düşündürən aktual problemlərə uyğun əsərlərin seçilib repertuara daxil edilməsində səmərəli bəhrəsini verəcək.
Yaxın günlərdə teatrda məktəblilərin Yeni il tətili müddətində onlara maraqlı və bayram əhval-ruhiyyəli proqramın hazırlanmasına başlanılacaq.