Naxçıvanda Türk Şurası Gənc liderlərinin forumu keçirilib. Forumda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qurumun fəaliyyətindən söz açıb. O, həmçinin Naxçıvanın 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi münasibətilə keçirilən mərasimdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış “Dədə Qorqud” kamera orkestrinin təqdimatını diqqətə çatdırıb.

Günay Əfəndiyeva bildirib ki, türk dünyası gənclərini bir araya toplamaq, onları bir-biriləri ilə daha da yaxından tanış etmək məqsədilə quruma üzv olan türkdilli ölkələrin gəncləri üçün düşərgə layihəsi üzərində işlər aparılır. Fondun rəhbəri vurğulayıb ki, sahib olduğumuz mədəniyyətin qorunması və dünyada təbliğində gənclərdən çox şey asılıdır.