Dekabrın 25-də Azərbaycan Dövlət Rəqs Ansamblı Heydər Əliyev Sarayında “Mənim Azərbaycanım” adlı konsert proqramı ilə yenidən sənətsevərlərin qarşısına çıxacaq.
Sarayın mətbuat xidmətindən bildirilib ki, obrazlılığı, rəngarəngliyi və ifaları böyük maraqla qarşılanan “Mənim Azərbaycanım” konsert proqramında milli rəqslərimizlə yanaşı, “Koroğlu” birpərdəli milli baleti də nümayiş olunacaq.
Konsert proqramının bədii rəhbəri və quruluşçusu Rusiyanın Xalq artisti Dikalu Muzakayevdir.