Parisin “École normale de musique de Paris-Alfred-Cortot” ali musiqi məktəbində tanınmış pianoçu Rəna Şereşevskayanın sinif konserti keçirilib.
Məktəbdə təhsil alan Rəna Şereşevskayanın tələbəsi, pianoçu Vurğun Vəkilovun konsertdə çıxış edib. O, Robert Şumanın “Simfonik etüd”lərini ifa edib.
Qeyd edək ki, V.Vəkilov Bülbül adına Orta ixtisas musiqi məktəbində təhsil alıb.
İtaliyanın Pesaro şəhərində keçirilmiş VIII “Çitta di Pesaro” beynəlxalq müsabiqəsinin qalibi olub. Bir çox müsabiqə və festivallarda uğur qazanmış V.Vəkilov adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmaqla Prezident təqaüdünə layiq görülüb.