Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrola hazırlaşır. Teatrdan bildirilib ki, kollektiv dekabrın 7-dən 19-dək şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” tamaşası ilə Quba, Sabirabad, Ağcabədi rayonunun laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsində, İmişli və Samux rayonlarında qastrol səfərində olacaq.
Teatr dekabrın 12-də ümummilli lider Heydər Əliyevin anım günündə İftixarın “Qalx ayağa, Azərbaycan” tamaşasını Balakəndə təqdim edəcək.