Görkəmli qazax yazıçısı Oljas Suleymenov Qazaxıstanda Mədəniyyətlərin Yaxınlaşması Mərkəzinin direktoru təyin edilib. Qurumun yeni rəhbəri mədəniyyətlərin yaxınlaşmasında, ilk növbədə, tarixi kökləri öyrənməyi, o cümlədən bilik mübadiləsinin aparılmasının vacibliyini bildirib.
Almatı şəhərində 2016-cı ildən fəaliyyət göstərən Mədəniyyətlərin Yaxınlaşması Mərkəzi urbanizasiya və köçərilik, türk xalqlarının mənəvi, dini və mifoloji irsi, habelə Mərkəzi Asiya ölkələrinin milli mədəni irsinin qorunması, tarixi mədəni abidələrinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi kimi məsələlərin tədqiqi və həll yollarını nəzərdə tutur.