Azərbaycan Milli Konservatoriyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mən Azərbaycanam” adlı anım mərasimi keçirilib.
Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi tədbirdə çıxış edərək dahi rəhbərin Azərbaycan tarixində silinməz iz qoyduğunu bildirib. Rektor həyatını xalqına həsr edən ulu öndərin incəsənətə çox bağlı olduğunu, onun əziz xatirəsinin hər il konservatoriya tələbələrinin ifasında musiqi proqramı ilə anıldığını deyib.
Mərasimdə Əməkdar incəsənət xadimləri Vasif və Ceyhun Allahverdiyevlərin mahnı və romansları səslənib.