P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Azərbaycanın Əməkdar artisti Fəridə Məmmədova (soprano) və pianoçu Yuliya Kərimovanın konserti olub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə dekabrın 17-də keçirilən konsertdə Q.Qarayev, F.Pulenk, M.Ravel, A.Semlinski, S.Prokofyev, D.Şostakoviç və digər bəstəkarların əsərləri səslənib. Konserti sənətşünaslıq doktoru Rauf Fərhadov aparıb.
Xatırladaq ki, Fəridə Məmmədova və Yuliya Kərimovanın bu konsert proqramı dekabrın 6-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasında dahi bəstəkar Qara Qarayevin 100 illiyi münasibətilə təqdim olunmuşdu.