Fransanın “Elie Wiesel” İnstitutunda Natiq Rəsulovun “İkinci güllə” qısametrajlı filmi nümayiş olunub.
“Qadın hüquqları və kino” festivalı çərçivəsində təqdim olunan film Fransa Milli Assambleyasının himayəsi altında, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Fransada Azərbaycanın Dostları Assosiasiyasının və digər qurumların birgə təşkilatçılığı ilə nümayiş edilib.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel kino həvəskarlarına Azərbaycanda qadınların cəmiyyətdə rolu, onlara 100 il bundan qabaq səsvermə hüququnun verilməsi, qadın hüquqları kimi vacib məsələyə bu gün də dövlət səviyyəsində böyük qayğı ilə yanaşılması haqqında danışıb.
Festival Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində qaliblərə mükafatların təqdimat mərasimi ilə başa çatıb.