Xalq yazıçısı Elçinin “Ölüm hökmü” romanı bir çox xarici dillərə tərcümə edilib və səhnələşdirilib. Roman rus dilində də Moskvada dəfələrlə nəşr olunub. Bu yaxınlarda “Ölüm hökmü” romanı Moskvada audiokitab şəklində çıxıb. “Ölüm hökmü” audiokitabı S.Averkiyevin ümumi rəhbərliyi və A.Solovyevin rejissorluğu ilə məşhur rus artistləri V.Larionov, L.Durov, A.Parra, V.Boçkarev, G.Sayfulin və L.Strijenovanın bədii qiraətində hazırlanıb. Musiqi tərtibatı A.Proşenkonundur.
   Audiokitab rusdilli ədəbiyyat həvəskarlarının böyük marağına səbəb olub.